Banking and Finance – Azerbaijan

Vergi hüququ

1 saat | Görüş Saatı​

Şirkətlər istər təsis edildikləri ölkələr, istərsə də fəaliyyət göstərdikləri yurisdiksiyalarda mürəkkəb vergi məsələləri ilə üzləşirlər ki, bu məsələlərin həlli ikiqat vergiqoymanın aradan qaldırılması üzrə sazişlər də daxil olmaqla həm daxili qanunvericilik, həm də bu sahədə müvafiq beynəlxalq təcrübə üzrə bilikləri ehtiva edən qlobal xidmətlərin təqdim olunmasını tələb edir.

Hüquqşünaslarımız və vergi məsləhətçiləri transmilli şirkətlərə beynəlxalq ticarət və biznes əməliyyatlarının çətinliklərini, eləcə də vergi mübahisələrini idarə və həll etməkdə kömək edir. Vergi qrupumuz həmçinin müştərilərə xüsusi şirkətlərin səhm alışından başlamış korporativ alğı-satqı əməliyyatlarına qədər geniş çeşidli tranzaksiyaların tərtibində köməklik göstərir. Biz bu xidmətləri öz platformamız çərçivəsində təqdim edərkən eyni zamanda müştərilərimizə müvəkkil-müştəri və sifariş edilən işlərin məxfiliyi imtiyazlarından yararlanmaq imkanı təqdim edirik.

Vergi hüquqşünaslarımız xidmət göstərərkən, əqli mülkiyyət, korporativ və maliyyə, daşınmaz əmlak, məşğulluq və əmək hüququ da daxil olmaqla çoxsaylı hüquq sahələrindəki həmkarların təcrübəsindən yararlanırlar. Public sahədə və hökumətlə əlaqələr üzrə işlərdəki təcrübələrimiz məsləhətçilərimizin imkanlarını daha da genişləndirir və müştərilərimizə tam inteqrasiya edilmiş tövsiyələrin təqdim edilməsinə şərait yaradır.

Bizim vergi mübahisələri üzrə təcrübəmiz vergi yoxlamaları, inzibati şikayətlər, geri ödəmələr üzrə iddilar və vergilər üzrə məhkəmə çəkişməsi də daxil olmaqla mürəkkəb vergi münasibətləri üzrə işlərin həllindən ibarətdir.

Vergi hüququ sahəsində ixtisaslaşmış və vergi mübahisələri və vergilər üzrə məhkəmə çəkişmələrində yüksək nəticə göstərmiş təcrübəli hüququşünaslarımızın dəfələrlə bu sahə üzrə lider olaraq tanınması vergi mübahisələrinin həlli üzrə praktikamızda öz sözünü deyir.

Həmçinin gömrük rüsumlarının düzgün və vaxtında ödənilməsini təmin etmək üçün müştərilərə zəruri tövsiyələr təqdim edirik.

Scroll to top