Nurlana Əliyeva
Peşəkar hüquq fəaliyyətinə Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzində baş məsləhətçi olaraq başlayıb.

Çalışdığı işlər:

• Hüquq Maarifçiliyi Cəmiyyətində hüquqşünas;

• Qafqaz Universitetində vəkillik bacarıqları fənni üzrə mühazirəçi;

• Amerika Hüquqşünaslar Assosiasiyası CEELİ İnc.–də “Məhkəmədə vəkillik təlimləri” layihəsində təlimçi;

• “KredAqro” Bank olmayan Kredit Təşkilatında hüquq məsləhətçisi;

• “L.B.Consulting” MMC və “MG Consulting” MMC-də hüquq məsləhətçisi;

• Amerika Hüquqşünaslar Assosiasiyası CEELİ İnc.–də hüquqşünas.

Vəzifə öhdəliklərinə daxildir:

• Mülki, kommersiya, müqavilə, əmək hüququ, insan haqları daxil olmaqla hüququn müxtəlif sahələri üzrə xidmətlərin göstərilməsi;

• Ərizələr, vəsatətlər, şikayətlər, müqavilələr, qaydalar daxil olmaqla hüquqi sənədlərin hazırlanması;

• Məhkəmədə hüquqların müdafiəsi;

• Hüquqi araşdırmaların aparılması.

Təhsili:

Bakı Dövlət Universiteti, Mülki və təsərrüfat hüququ, Magistr dərəcəsi (2004-2006).

Bakı Dövlət Universiteti, Hüquqşünaslıq, Bakalavr dərəcəsi (2000-2004);

2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.

professional legal practice woman
Scroll to top