Selcan Məmmədli

Peşəkar hüquq fəaliyyətinə 2003-cü ilin aprelində hüquqşünas qismində başlayıb.

Çalışdığı işlər:

• Adil Ismayılov və partnyorları vəkil bürosu, hüquqşünas

• Ştat Məhkəmələri üzrə Milli Mərkəz (www.e-qanun.az web saytının hazırlanması üzrə USAID layihəsi), hüquq redaktoru/təlimçi

• Amerika Hüquqşünaslar Assosiasiyasının Bakı Ofisinin (ABA-CEELI) Hüquqi Yardım Mərkəzi Proqramı, Direktor/Baş Hüquqşünas

• YapiKrediBank Azərbaycan, hüquqşünas

• Almaniya Beynəlxalq Əməkdaşlıq Təşkilatının Bakı Ofisi (GİZ), Azərbaycanda Dövlət Qulluğu İslahatlarına Dəstək Layihəsi, Proqram üzrə məsul şəxs

• Navante Services Ltd. və Shirvan Operating Company Ltd. Şirkətlərinin Azərbaycan Respublikasındakı Filialları, hüquqşünas

Vəzifə öhdəliklərinə daxildir:

• Neft və qaz hüququ sahəsində müqavilələrin (alqı-satqı, xidmət, podrat, qazıma, icarə və s.) hazırlanması

• Korporativ məsələlərlə bağlı məsləhətlərin verilməsi

• Hüquq tərcümələrinin edilməsi

• Hüququn müxtəlif sahələrində (mülki, kommersiya, müqavilə, əmək hüququ və s.) hüquq xidmətlərinin göstərilməsi

• Hüquqi sənədlərin (ərizə, şikayət, müqavilə, vəsatət, bəyanat, qayda və s.) hazırlanması

professional legal practice woman
Scroll to top