Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə edilən dəyişikliklər:kənd təsərrüfatı təyinatlı torpaqlara dair yeni müddəalar.
Maddə 13-1: Kənd təsərrüfatı təyinatlı torpaqlarda tikililər.
- Kənd təsərrüfatı təyinatlı torpaqlarda icazə verilən tikililər:
- Sahəsi 5 hektardan az olmayan kənd təsərrüfatı sahələrində (yay və qış otlaqları, ümumi istifadədə olan örüş sahələri) indi tikinti aparıla bilər.
- Bu torpaqların 1 faizindən artıq olmayan hissəsi kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, həmçinin işçilər üçün müvəqqəti Yasays yerləri üçün nəzərdə tutulan yaşayış binalarının tikintisi üçün istifadə oluna bilər.
- Tikinti Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq, torpaq sahəsinin mülkiyyətçisinin və ya icarəçinin ərizəsi və yazılı razılığı əsasında aparılmalıdır.
- Bu məqsədlə torpaq sahəsinin kateqoriyasının və məqsədli təyinatının dəyişdirilməsi tələb olunmur.
2. İstixanalar və Suvarma İnfrastrukturları üçün istisnalar:
- İstixana və Suvarma İnfrastrukturlarının inşası və quraşdırılması zamanı minimum torpaq sahəsi və maksimum tikinti əmsalı ilə bağlı məhdudiyyətlər tətbiq edilmir.
3. Hüquqların qeydiyyatı:
- Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üçün inşa edilmiş tikililər, işçilərin (personalın) müvəqqəti yaşaması məqsədləri üçün yaşayış təyinatlı tikililər, və digər oxşar tikililər üzərində hüquqlar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır.
4. Torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi üzərində olan hüquqların ötürülməsi:
- Tikinti əmsalından tam istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi özgəninkiləşdirildikdə, torpaq sahəsinin həmin hissəsinin yenidən tikintiyə cəlb edilməsinə yol verilmir.
- Bu qadağa torpaq sahəsinin bölündüyü və ya digər torpaq sahəsinə birləşdirildiyi hallara da şamil edilir.
5. Tikinti əmsalından qismən istifadə:
- Tikinti əmsalından qismən istifadə edildikdə, torpaq sahəsinin əsaslı tikili olmayan hissəsi başqa şəxsin mülkiyyətinə və ya istifadəsinə keçdikdə, həmin hissədə tikililərin inşası üçün yol verilən hədd müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi qaydaya uyğun olaraq yenidən hesablanır.
6. Tikinti müddətinə qoyulan məhdudiyyətlər:
- Tikinti ilə bağlı məhdudiyyət yalnız inşa edilmiş əsaslı tikilinin mövcud olduğu dövrdə qüvvədədir.
7. Layihədə nəzərdə tutulan kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin sərhədləri:
- Kənd təsərrüfatı təyinatlı torpaq sahəsində layihələndirilən tikinti obyektinin tikinti layihəsində həmin obyektin inşası üçün müəyyən olunan faiz nisbəti nəzərə alınmaqla torpaq sahəsinin tələb olunan hissəsinin sərhədləri ayrıca göstərilir.
8. Daşınmaz Əmlakın Dövlət qeydiyyatı:
- Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin tikintiyə cəlb edilməsi barədə məlumatlar tikintiyə və istismara icazə verən orqan (qurum) tərəfindən daşınmaz əmlakın dövlət reyestrində qeyd olunur.
9. Tikinti obyektlərinin istifadəsi:
- Tikinti obyektlərinin torpaq sahəsinin kateqoriyası dəyişdirilmədən digər məqsədlər üçün istifadə və istismar edilməsinə yol verilmir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı məqsədləri üçün istifadəsi halları istisnadır.
Bu dəyişikliklərin kənd təsərrüfatı torpaqlarında inkişaf prosesini sadələşdirməsi, mühüm kənd təsərrüfatı fəaliyyətlərini zəruri infrastruktur yeniliklər ilə təmin etməsi gözlənilir. Normativ-hüquqi baza tikinti fəaliyyətini ətraflı tənzimləməklə iqtisadi inkişafı təşviq edərkən, eyni zamanda kənd təsərrüfatı torpaqlarını qorumağı hədəfləyir.
Qeyd edilən dəyişikliklərin kənd təsərrüfatı təyinatlı torpaqlarınıza necə təsir göstərə biləcəyi ilə bağlı daha ətraflı məlumat və hüquqi müşayiət üçün HGNS Conunselor Hüquq Firmasına müraciət edə bilərsiniz.