Peşəkar hüquq fəaliyyətinə 1997-ci ilin oktrabrında böyük laborant qismində başlayıb.
Çalışdığı işlər:
• Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, böyük laborant
• Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsi, məsləhətçi
• Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, hüquq şöbəsinin baş mütəxəssisi
• Binaqadi Oil Kompani, hüquq şöbəsinin rəisi
• Absheron Operating Company Ltd., hüquq şöbəsinin rəisi
• Shirvan Operating Company Ltd., hüquq işləri üzrə menecer, hüquq şöbəsinin rəisi
Vəzifə öhdəliklərinə daxildir:
• Neft və qaz hüququ sahəsində müqavilələrin (alqı-satqı, xidmət, podrat, qazma, icarə və s.) hazırlanması
• Korporativ məsələlərlə bağlı məsləhətlərin verilməsi
• Hüquq tərcümələrinin edilməsi
• Hüququn müxtəlif sahələrində (mülki, kommersiya, müqavilə, əmək hüququ və s.) hüquq xidmətlərinin göstərilməsi
• Hüquqi sənədlərin (ərizə, şikayət, müqavilə, vəsatət, bəyanat, qayda və s.) hazırlanması
• Məhkəmədə hüquqların müdafiəsi
• Hüquqi araşdırmaların aparılması.
Təhsili:
Azərbaycan Universiteti, Dövlət hüququ, Magistr dərəcəsi (2000-2002).
Azərbaycan Universiteti, Hüquqşünaslıq, Bakalavr dərəcəsi (1996-2000);
2012-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.